Komandamız Ermənistanla bir qrupa düşə bilər
30 Noyabr 2010 Çərşənbə Axşamı 12:45
Bu gün UEFA-nın Nyon şəhərində püşkatma keiçiriləcək
Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2011/2012-ci il mövsümünün püşkü atılır. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, püşkatma üçün artıq komandalar iki səbətə bölünüb. Yığmamız A səbətində yer alıb və mübarizəyə ilkin seçmə mərhələdən başlayacaq.

Turnirin əsasnaməsinə uyğun olaraq, 48 komanda hər birində 4 iştirakçı olmaqla, 12 qrupda mübarizə aparacaq. İlkin seçmə mərhələnin oyunları başa çatdıqdan sonra ilk iki pillənin sahibi olan 24 komanda ilə yanaşı, üçüncü pilləni tutan komandalardan ən yaxşı nəticəyə malik 1 milli də elit raunda vəsiqə qazanacaq.

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2012-ci ildə Estoniyada keçiriləcək.

Səbətlərin tərkibi aşağıdakı kimidir:
A səbəti: Portuqaliya, Turkiyə, Almaniya, Serbiya, İtaliya, Hollandiya, Macarıstan, Xorvatiya, Ukrayna, Rusiya, Yunanıstan, Norveç, İsveçrə, Slovakiya, Belçika, Avstriya, Çexiya, İrlandiya, Danimarka, Polşa, Şotlandiya, Belarus, Azərbaycan, İslandiya

B səbəti: Finlandiya, Sloveniya, Bolqarıstan, Rumıniya, Latviya, Litva, İsveç, İsrail, Bosniya və Herseqovina, Moldova, Şimali İrlandiya, Kipr, Çernoqoriya, Albaniya, Uels, Qazaxıstan, Ermənistan, Makedoniya, Gürcüstan, Malta, Farer adaları, Lüksemburq, Andorra, San Marino.


DOSTLARINLA PAYLAŞ:

oyunlar