Komandamız Ermənistan kollektivini üstələyir
21 Oktyabr 2010 Cümə Axşamı 10:45
“SOCAR” şahmat üzrə klublararası qitə birinciliyində liderdir.
Şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Yarışda artıq IV turun oyunları baş tutub. Avropa çempionatında ölkəmizi təmsil edən “SOCAR” klubu bu tur Belarusun “Vesnyanka Qran” komandası ilə qarşılaşıb. Qitə birinciliyində uğurlu çıxışı ilə yadda qalan “SOCAR” rəqibini 5-1 hesabı ilə məğlub edib. Görüşdə komandamızın heyətində birinci, ikinci, dördüncü və altıncı lövhələrdə yarışan şahmatçılarımız rəqiblərini mat etməyi bacarıb.
Şəhriyar Məmmədyarov Andrey Jidalkonu, Aleksandr Qrişuk Kiril Stupakı, Maksim Vaşyer Laqrav Yevgeni Podolçenkonu, Eltac Səfərli isə Yevgeni Moçalovu üstələyib. Zəka sahiblərimizdən Aleksey Şirov Vitali Teteryevlə, Rauf Məmmədov isə Yuri Tixonovla sülh bağlayıb.
IV turdan sonra aktivində 8 xalı olan komandamız Rusiyanın “Ekonomist” və Ermənistanın “Mika” kollektivləri ilə 1-3-cü yerləri bölüşdürür. Əmsallarına görə “SOCAR” çempionatın lideridir. Növbəti turda “SOCAR” digər iddialı klub olan Rusiyanın “Ekonomist” kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: