Komandamız CEV kubokunu vətəndə saxlaya bilmədi
20 Mart 2010 Şənbə 20:55
"Rabitə" üçüncü yer uğrunda mübarizə aparacaq
Bu gün Sərhədçi olimipiya idman kompleksində keçirilən Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun yarımfinal mərhələsində ölkəmizi təmsil edən “Rabitə” komandası azarkeşləri sevindirə bilməyib.

İtaliyanın “Yamamay Busto Arsizio” klubu ilə qarşılaşan “Rabitə” son anda qələbəni əldən verdi. Doğma divarlar arasında oynayan və güclü azarkeş dəstəyi olan “Rabitə” oyuna məğlubiyyətlə başlayıb. Komandamız ilk setdə ard-arda bir neçə səhvə yol verdi. Təcrübəli rəqib isə bu xətaları öz xeyrinə çevirməyi bacardı. Nəticədə voleybolçularımız ilk seti 15-25 hesabı ilə uduzdu. İkinci hissədə Rabitə toparlanmağı bacardı. Xala-xal prinsipi ilə keçmiş setin sonlarına yaxın komandamızın heyətində Sanya Staroviçin zərbələri italiyalılar üçün qarşısıalınmaz oldu və ümumi hesab bərabərləşdi. 3-cü hissədə təmsilçimiz yenidən üstünlüyü əldən verdi. Bu isə rəqibin seti qazanmasına gətirib çıxardı. Qızlarımız bunun əvəzini 4-cü setdə çıxaraq hesaba tarazlıq gətirdi. 2-2. Komandamız qələbəni həlledici, 5-ci setdə əldən verdi. 4 xal fərqi ilə irəlidə olan zəriflərimizin arxayınlaşması rəqibin işinə yaradı. 12-15. Beləliklə oyundan 2-3 hesabı ilə məğlub ayrılmış zəriflərimiz 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

Sabah saat 17-00-da başlayacaq oyunda, komandamız Rusiyanın “Uraloçka” və Serbiyanın “Srvena Zvezda” klubları arasında keçirilən görüşdə məğlub olacaq tərəflə üçüncü yer uğrunda mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar