Komandamız Çempionlar Liqasında uğursuz çıxış etdi
26 Aprel 2011 Çərşənbə Axşamı 10:17
Qadınlardan ibarət “Atasport” hokkey klubu II mərhələyə adlaya bilməyib
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət “Atasport” klubu Avropanın Çempionlar Kuboku turnirində sonuncu oyununu keçirib. Ötən il həmin yarışın II mərhələsində də qalib gələrək “Dördlər finalına” vəsiqə qazanan “Atasport” bu dəfə heç 2-ci mərhələyə də çıxa bilməyib.

“D” qrupunda mübarizə aparan hokkeyçilərimiz ilk görüşdə İngiltərənin “Sloug”, növbəti oyunda isə Hollandiyanın “Larense” klubuna eyni hesabla (0:2) məğlub olaraq təsəlliverici oyunda elitanı tərk etməmək üçün “C” qrupunun uğursuz iştirakçısı “Volqa Telekom”(Rusiya) komandası ilə qarşılaşıblar.

Bu matç qadın hokkeyçilərimiz üçün o qədər ürəkaçan alınmayıb. İlk hissədə heç-heçə (2:2) oynayan rəqiblər fasilədən sonra prinsipial məsələyə aydınlıq gətiriblər. İkinci hissədə rəqib qapısına 3 cavabsız top vuran “Atasport” 5:2 hesablı qələbə qazanaraq qitənin 12 ən güclü klubu sırasındakı yerini qoruyub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar