Komandamız birinci oldu
25 Dekabr 2012 Çərşənbə Axşamı 13:50
Boks millimiz beynəlxalq turnirdə 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıb
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.
ANS PRESS-in Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan millisi 5 qızıl, 4 gümüş və 8 bürünc medalla ümumkomanda hesabında 1-ci yeri tutub.
Boksçularımızdan Məsud Yusifzadə (52 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Nəbi Bağırov (75 kq) və Sadiq Səmədov (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Şəfizadə (49 kq), Elsevər Əzizov (69 kq), Tayfur Məmmədov (91 kq) və Məhəmmədəli Tahirov (91+kq) yalnız final görüşündə uduzaraq, 2-ci yerə layiq görülüblər.
Ümumkomanda hesabında Azərbaycan seçməsindən sonra Qazaxıstan 2-ci, Hindistan isə 3-cü yeri tutub.
DOSTLARINLA PAYLAŞ: