Komandamız Avropa çempionatında mübarizəyə başlayır
19 İyul 2010 Bazar Ertəsi 16:20
Naxçıvan Dövlət Universitetinin futbolçuları Polşa kollektivi ilə üz-üzə gələcək.
Polşada tələbələrdən ibarət komandalar arasında təşkil olunmuş Avropa çempionatına bu gün start verilir. Bu turnirdə ölkəmizi təmsil edən Naxçıvan Dövlət Universitetinin (NDU) komandası bu gün ilk oyununu keçirəcək.

AFFA-dan verilən məlumata görə, təmsilçimizin ilk rəqibi Polşa komandası olacaq. A qrupunda mübarizə aparacaq NDU-nun digər rəqibi isə Portuqaliya komandası olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar