"Komanda bir az həyəcanlı idi"
07 Mart 2011 Bazar Ertəsi 22:21
Təbriz Həsənov: "Qapıçının səhvi nəticəsində qol buraxdıq"
“Turnirin ilk oyunu olduğu üçün komanda bir az həyəcanlı idi. Buna baxmayaraq, oyuna yaxşı başladıq və erkən qol vurduq”. ANS PRESS-in məlumatına görə, bu barədə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İrlandiya komandaları arasında bu gün keçirilən oyundan sonra açıqlama verən yığmamızın baş məşqçisi Təbriz Həsənov deyib. O qeyd edib ki, ikinci hissədə komandamız bir neçə əlverişli vəziyyətdən itsifadə edə bilməyib. “Qapıçının səhvi nəticəsində qol buraxdıq. Növbəti oyunlara daha yaxşı hazırlaşıb turniri qənaətbəxş nəticə ilə başa vurmaq istəyirik”, - deyə Həsənov əlavə edib.
Xatırladaq ki, Türkiyənin İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirdə bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İrlandiya komandaları qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Orxan Əliyev fərqlənib.
DOSTLARINLA PAYLAŞ: