Klubumuz məşhur amerikalı ulduzu heyətinə qatdı
14 İyun 2010 Bazar Ertəsi 15:35
“Rabitə” transferlərdən doymur. Klubumuz məşhur amerikalı ulduzu heyətinə qatdı.
Qadın voleybolçulardan ibarət son ölkə çempionu olan “Rabitə” klubu daha bir səs-küylü transfer rəsmiləşdirib.

“Rabitə” Çexiya çempionu olan “Prostejov” klubunun amerikalı voleybolçusu Kimberli Qlassı heyətinə qatıb. Kimberli Qlass 2008-ci il Pekin Olimpiadasının gümüş mükafatçısıdır.

Xatırladaq ki, voleybolçunun İtaliya, Puerto Riko, Türkiyə və Rusiya liqalarında oynamaq təcrübəsi var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar