Klublarımızın Avropa həyəcanına start verilir
05 İyul 2012 Cümə Axşamı 13:09
Bu gün 3 klubumuz Avroliqada mübarizəyə start verir.
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 2012/13-cü il mövsümünün birinci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək. ANS PRESS-in məlumatına görə, Azərbaycan klublarından hər üçü bu gün mübarizəyə qoşulur.

Azərbaycan klublarının iştirakı keçirilən qarşılaşmaların başlama vaxtını təqim edirik:


20:00. Xəzər Lənkəran(Azərbaycan) – Nomme Kalju (Estoniya)
20:30. Trans (Estoniya) - İnter(Azərbaycan)
21:00. Bakı (Azərbaycan) – Mura (Sloveniya)

Xatırladaq ki, Avropa Liqasının 2012/13-cü il mövsümünün qarşılaşmaları iki gün öncə start götürüb. Belə ki, bəzi iştirakçılar qarşılıqlı razılıq əsasında öz oyunlarını iki gün öncəyə keçirmişdilər. Bunlar Farer adaları, Belarus, Makedoniya və Şimali İrlandiya klublarıydı. Onların iştirakı ilə baş tutan ilk görüşlərdən biri darmadağın, digəri qolsuz başa çatmışdı. "Gomel" səfərdə "Vikingur"u 6 cavabsız qolla məğlub etmişdi. "Shkendija" - "Portadown" matçında isə tərəflər qapılara qol vurulmamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar