Klub avtobusu yumurta atəşinə tutuldu
21 Dekabr 2009 Bazar Ertəsi 17:40
Klub avtobusu yumurta atəşinə tutuldu. Azarkeşlər “Yuventus”un zəif oyununa etiraz edib.
İtaliyanın “Yuventus” klubunun azarkeşləri sevimli komandalarının futbolçularını daşıyan avtobusu lax yumurta atəşinə tutub. Hadisə dünən gecə saatlarında “Yuventus”un öz meydanında “Katanya” klubuna 1:2 hesabı ilə məğlub olmasından sonra baş verib.

Bu yolla azarkeşlər klubun İtaliya çempionatında və Çempionlar Liqasında göstərdiyi zəif oyuna etiraz edib.

Xatırladaq ki, Turin klubu A seriyasında 3-cü yerdə qərarlaşıb. “Yuventus” lider “İnter”dən 19 xal geri qalır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar