Kliçko qardaşları yetim qaldı
14 İyul 2011 Cümə Axşamı 10:44
Boks üzrə dünya çempionlarının atası 64 yaşında dünyasını dəyişib.
WBA/WBO/WBC/IBF versiyaları üzrə dünya çempionu kəmərlərinin sahibləri Kliçko qardaşlarının atası Vladimir Radionoviç Kliçko dünyasını dəyişib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 64 yaşlı Vladimir Kliçko general rütbəsinə malik idi.

O, bir neçə il Ukraynanın Almaniyadakı səfirliyində hərbi attaşe vəzifəsində çalışıb. Bundan başqa Vladimir Kliçko Ukraynada Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak edib.

Xatırladaq ki, oğul Vladimir Kliçko iyul ayının əvvəllərində britaniyalı Devid Heyi məğlub edərək dürdüncü tituluna sahib çıxmışdı.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar