Klaudio Taffarel Qalatasaray klubuna qayıdıb
08 İyun 2011 Çərşənbə 12:08
Qalatasaray futbol komandasının keçmiş qapıçısı Klaudio Taffarel türk klubuna geri dönüb.
APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, K. Taffarel yeni mövsümdən etibarən baş məşqçi Fateh Terimin köməkçilərindən biri olacaq. Braziliyalı mütəxəssis komandanın qapıçı məşqçisi olacaq. F. Terimin digər köməkçiləri isə keçmiş futbolçular Həsən Şaş və Ümit Davaladır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar