Kiyev Dinamo futbolçusu Marius Verpakovski rəsmən Bakı klubunda
02 İyul 2011 Şənbə 11:03
Bakı klubu Marius Verpakovski ilə iki illik müqaviləyə imza atıb.
"Bakı" futbol klubu yeni transferini reallaşdırıb. ANS PRESS-in “Bakı” klubuna istinadən verdiyi mşlumata görə, Kiyev “Dinamo”sunun futbolçusu Maris Verpakovski transfer olunub. Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb. Qeyd edək ki, Maris Verpakovski (Maris Verpakovskis) 1979-cu ilin 15 oktyabr tarixində anadan olub. 31 yaşlı Verpakovskis karyerası ərzində Latviyanın "Baltika", "Metallurq", "Skonto" klublarının formasını geyib.
2003-cü ildən Kiyev "Dinamo"suna transfer olunub.Maris 2007-2008-ci illər mövsümlərində İspaniyanın "Xetafe" və "Selta", Xorvatiyanın "Hayduk" və Yunanıstanın "Erqotelis" klublarında oynayıb.
Verpakovski Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. Xatırladaq ki, futbolçu 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. O, 2003 və 2004-cü illlərdə Latviyanın ən yaxşı futbolçusu seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: