Kifayət Qasımova Olimpiadanın astanasındadır
12 May 2011 Cümə Axşamı 16:12
Xanım cüdoçumuz Kifayət Qasımova İJF-nin reytinq siyahısında irəliləyib.
Ölkəmizin qadın cüdoçusu Kifayət Qasımova London Olimpiadasına lisenziya qazanmaq yolunda önəmli addım atıb. ANS PRESS-in məlumatına görə, Bakıda keçirilmiş Qran-pri yarışlarında qızıl medal qazanan cüdoçumuz Beynəlxalq Cüdo Federasiyasının (İJF) növbəti reytinqində irəliləyib. Kifayət Qasımova hazırda reytinq cədvəlinin 12-ci (580 xal) pilləsindədir.
Qeyd edək ki, London Olimpiadasına reytinq siyahısının ilk 12 pilləsində yer alan cüdoçular lisenziya əldə edəcəklər. Kişi cüdoçularımızdan Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq) reytinq siyahısının 5-ci pilləsində qərarlaşıblar.
London yarışlarında iştirak etmək üçün yaxşı şansları olan Avropa çempionatının finalçısı Tərlan Kərimov 66 kq-a qədər çəki dərəcəsində idmançılar arasında 15-cidir. Digər cüdoçularımız isə reytinq siyahısında London Olimpiadasına vəsiqə verən pillələrdə qərarlaşmayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: