Kəpəz klubunun baş məşqçisi Mirbağır İsayev istefa verib
24 Dekabr 2011 Şənbə 17:04
Kəpəz klubunun baş məşqçisi Mirbağır İsayev istefa verib. İstefaya baş məşqçi ilə klub rəhbərliyi arasında fikir ayrılığının yaranması səbəb olub.
"Kəpəz" klubunun baş məşqçisi Mirbağır İsayev istefa verib. Azerisport.az xəbər verir ki, İsayev özü istefasını təsdiqləsə də, səbəbləri haqda çox danışmaq istəməyib.
Lakin istefaya baş məşqçi ilə klub rəhbərliyi arasında fikir ayrılığının yaranması səbəb olub. Bu üzdən də İsayev Gəncə klubundan ayrılmağa qərar verib.
Qeyd edək ki, İsayev cəmi bir neçə tur öncə istefa vermiş Mehman Allahverdiyevin əvəzində bu komandaya gəlmişdi. Lakin ardıcıl uğursuzluqlar səbəbindən 10-dan çox futbolçunu komandadan uzaqlaşdırmış və yeni kollektiv formalaşdırmağa başlamışdı. Görünür məhz bu məsələdə klubla məşqçi arasında fikir ayrılığı yaranıb. “Kəpəz”in gələcək taleyi hələ ki, qaranlıq qalır.
DOSTLARINLA PAYLAŞ: