Kəpəz klubu yaşayacaq
30 Dekabr 2011 Cümə 20:13
Kəpəz klubunun prezidenti Mehman Allahverdiyev, baş məşqçisi isə Yunis Hüseynovun olacağı bildirilir.
Dünən Premyer Liqada çıxışını dayandırdığını açıqlayan “Kəpəz” dağılmayacaq. fanat.az-ın Gəncə klubuna yaxın mənbədən aldığı məlumata görə, Xanlar Fətiyev klubu yaşatmaq qərarına gəlib. Amma millət vəkili sahibi olduğu klubda bəzi dəyişikliklər etmək niyyətindədir.

Belə ki, azarkeşlər arasında arzuolunmaz şəxsə çevirilən prezident Elmir Əliyev postunu tərk edəcək. Artıq onu kimin əvəz edəcəyi də məlumdu. “Kəpəz”in yeni prezidenti komandanın sabiq baş məşqçisi Mehman Allahverdiyev olacaq.

Yeni prezidentlə yanaşı, yeni baş məşqçinin də kimliyinə aydınlıq gəlib. Komandaya “Karvan” və “Standard”ın sabiq çalışdırıcısı Yunis Hüseynov başçılıq edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar