Kəpəz klubu misirli futbolçu ilə müqavilə imzalayıb
14 Aprel 2012 Şənbə 12:31
İslam Emedinin Azərbaycan karyerası başlayıb.
Mövsümün başa çatmasına 5 tur qalmış Gəncənin “Kəpəz” futbol klubu növbəti transferini həyata keçirib. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, “Kəpəz” klubu İslam Emedi heyətinə cəlb edib.

Bir neçə gündür ki, düşərgədə olan misirli futbolçu ilə müqavilə imzalanıb. 23 yaşlı dayaq yarımmüdafiəçisinin adı Peşəkar Futbol Liqasına də təqdim olunub. Futbolçu ilə ilkin olaraq mövsümün sonunadək müqavilə bağlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar