Kəpəz klubu 4 aydan sonra sevindi
03 Mart 2013 Bazar 16:38
Gəncə təmsilçisi Kəpəz klubu 9 oyunluq məğlubiyyət seriyasına son qoyub.
“Kəpəz” 9 oyunluq məğlubiyyət seriyasına son qoyub. Gəncəlilər bu il ilk xalını vurduğu ilk qolla qazanıb. Bu, az öncə “Simurq”la 1:1 hesabı ilə nəticələnən ev oyununda gerçəkləşib – 1:1. “Dalğa Arena”da keçirilən matçın əvvəlində nominal meydan sahibləri kapitanı Şahin Kərimovla hesabı açsa da, fasilədən az sonra buraxdığı qolla qələbəni əldən verib.

Mahmud Qurbanovun baş məşqçisi olduğu komanda bunadək sonuncu xalını II dövrənin əvəvlində qazanmışdı. Bu, XI turda “Bakı” ilə Gəncədə qolsuz bərabərliklə nəticələnən oyunda olmuşdu. Həmin matçın ötən ilin noyabrın 3-də keçirildiyini nəzərə alsaq, “Kəpəz” 120 gündən sonra xal qazanıb. “Simurq” isə qış fasiləsindən sonra qələbə qazanmaqda çətlik çəkir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar