"Kəpəz" bu dəfə AZAL-ı incitdi
11 Sentyabr 2011 Bazar 20:10
"Qarabağ" Premyer Liqanın debütantı "Sumqayıt Şəhər"in müqavimətini qıra bilməyib
Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. ANS PRESS-in apasport.az saytına istinadən verdiyi məlumata görə, turun son günü 3 qarşılaşma baş tutub. Öz meydanında “Turan”ı qəbul edən “Qəbələ” erkən qol buraxsa da, toparlanaraq qələbə qazana bilib. Bu əzmkar qələbə sayəsində Toni Adamsın yetirmələri 2-ci pillədə qalıb.
Zirvədəki “Xəzər Lənkəran” kimi hələ də məğlubiyyət nə olduğunu bilməyən qəbələlilər “Kəpəz”i önünə buraxmayıb. Ötən tur “Bakı”ya 3 cavabsız qol vuran qərblilər AZAL-ı da 3 qolla keçib. Lakin bu dəfə bakılılar da fərqlənmək imkanı əldə ediblər – 3:1.
Sumqayıtda keçirilən matç isə turun yeganə qolsuz oyunu olub. “Qarabağ” Premyer Liqanın debütantı “Sumqayıt Şəhər”in müqavimətini qıra bilməyib – 0:0.
"Qəbələ" - "Turan" – 2:1
Viktor Mendi, 15, Luis Hilario, 53 - Sergey Artyux, 5
"Kəpəz" - AZAL – 3:1
Şahin Kərimov, 1, Xəyal Qarayev, 35, Yuri Fomenko, 80 - Ervin Bulku, 45+1
"Sumqayıt Şəhər" - "Qarabağ" – 0:0
DOSTLARINLA PAYLAŞ: