Kəmaləddin Heydərov çempionumuzu mükafatlandırdı
03 May 2010 Bazar Ertəsi 16:20
Kəmaləddin Heydərov çempionumuzu mükafatlandırdı. Salman Əlizadəyə medal verilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən gənclər arasında dünya çempionatında 48 kq çəki dərəcəsində medal qazanan boksçuların mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Çinq Kuo Vu iştirak edib.

Onlar bu çəkidə medal qazananlara, o cümlədən dünya çempionu olan boksçumuz Salman Əlizadəyə medal və xatirə hədiyyəsi təqdim ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar