Kəmaləddin Heydərov boksun səviyyəsini qaldırmaq haqqında düşünür
12 Mart 2010 Cümə 13:25
Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun sözlərinə görə, ölkəmizdə bu idman növünə maraq var.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkəmizdə boksun səviyyəsini qaldırmaq fikrində olduğunu bildirib. Bu məlumatı o, Bakıda keçiriləcək boks üzrə dünya çempionatı müqaviləsinin imzalanma mərasimində verib.

“Biz çox şadıq ki, AİBA belə mötəbər tədbirin keçirilməsini ölkəmizə həvalə edib. Azərbaycanda boksa böyük maraq var”-deyə Kəmaləddin Heydərov bildirib.

Xatırladaq ki, gənc boksçuların dünya çempionatına aprelin 20-də start veriləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar