Kaxaber Sxadadze: "Həvəsdən düşmək olmaz"
27 Fevral 2011 Bazar 19:21
Kaxaber Sxadadze: "Oyunun əvvəlində "Xəzər Lənkəran"a iki qol hədiyyə etdik".
"Oyunun əvvəlində "Xəzər Lənkəran"a iki qol hədiyyə etdik. Bu, istənilən komanda üçün üstünlükdür”. Bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXII turunun “Xəzər Lənkəran”la oyunundakı məğlubiyyəti (1:3) səhvlərlə əsaslandırıb.

“Komandamda çıxış edən futbolçular kifayət qədər təcrübəli olsa da, bu cür səhv buraxdılar. Biz topa daha çox nəzarət edirdik, oyunda üstün tərəf idik. Lakin qol imkanlarından istifadə edə bilmədik. Növbəti oyunlara hazırlaşacağıq, həvəsdən düşmək olmaz". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar