Kaxa Kaladze “Cenoa” ilə müqaviləsini artırıb
05 Mart 2011 Şənbə 18:11
Gürcü futbolçu Kaxa Kaladze 2013-cü ilədək Genuya təmsilçisinin şərəfini qoruyacaq.
Gürcü futbolçu Kaxa Kaladze çıxış etdiyi “Cenoa” klubu ilə müqaviləsini daha iki il artırıb. ANS PRESS-in “Goal.com”a istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu 2013-cü ilədək Genuya təmsilçisinin şərəfini qoruyacaq.

Kaxa Kaladze “Cenoa” klubunun rəsmi saytına müsahibəsində müqaviləni artırmağına münasibət bildirib: “Dünyanın ən güclü klublarında birindən müqayisə oluna bilməyəcək komandaya transfer olunmuşam. Son dərəcə istəkli və mübariz klubda yenidən öz oyunumu bərpa edirəm”.

Xatırladaq ki, Kaxa Kaladze karyerası ərzində “Dinamo” (Tiflis), “Dinamo” (Kiyev) və “Milan” klublarında çıxış edib. Gürcüstan yığmasının forması altında 75 oyunda meydana çıxan Kaladze 1 dəfə rəqib qapıya yol tapıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar