Kasilyas məğlubiyyətdən danışdı
16 İyun 2010 Çərşənbə 22:30
Kasilyas: "Heç kim bu cür nəticəni gözləmirdi".
İspaniya yığmasının əsas qapıçısı İker Kasilyas komandasının İsveçrə yığmasına 0:1 hesabı ilə məğlubiyyətindən danışıb.

“Heç kim bu cür nəticəni gözləmirdi. Əlbəttə biz çox məyus olmuşuq, amma növbəti oyunlardan sonra bu cür halların təkrarlanmaması üçün bu oyundan dərs götürmək lazımdır. İrəlidə qrup mərhələsində bizim qələbə çalmalı olduğumuz iki matç var. İsveçrəlilər bizim hücumlarımız qarşısında tab gətirə bildilər. Onların bizim qapımıza vurduğu qolu xoşbəxt bir təsadüf adlandırmaq olar”,-deyə futbolçu bildirib.

Qeyd edək ki, bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında “H” qrupunda İsveçrə yığması ilə qarşılaşan İspaniya 0:1 hesabı ilə məğlub olub. Komandanın qapıçısı İker Kasilyas isə həmin matça kapitan sarğısı ilə çıxıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar