Karvan klubunun avtobusu qəzaya uğradı: 7yaralı
22 Yanvar 2011 Şənbə 16:55
Karvan klubunun avtobusu qəzaya uğradı. Xəsarət alanların futbolçular olduğu bildirilir.
Azərbaycanın Yevlax rayonunda “Karvan” futbol klubuna məxsus avtobus qəzaya uğrayıb. Yevlax Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün 13:00 radələrində Yevlax şəhərinin Ceyhun Mustafayev küçəsində qeydə alınıb.Avtobusun yük maşını ilə toqquşması nəticəsində 7 futbolçu xəsarət alıb.

Bunlar 1975-ci il təvəllüdlü Abdullayev Elşən Xəlil oğlu, 1986-cı il təvəllüdlü Gülməmmədov Nicat Yasin oğlu, 1983-cü il təvəllüdlü Orucov Rldəniz Xammədoğlu, 1979-cu il təvəllüdlü Mehdiyev Ramil Adil oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Fərid QAbil oğlu, 1985-ci il təvəllüdlü Orucov Amil Əlioğlu və 1980-ci il təvəllüdlü Vəliyev Rövşən Etibar oğludur.

Xəsarət alanlar Yevlax şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıblar. Xəsarətləri yüngül oldğundan həmin şəxslər ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar