"Karvan"ın iki oyunçusu cəzalandı
20 Aprel 2010 Çərşənbə Axşamı 21:15
AFFA İntizam Komitəsinin yeni qərarları açıqlanıb
AFFA İntizam Komitəsi Unibank Premyer Liqası, I division, Həvəskarlar arasında Azərbaycan birinciliyi və Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyi çərçivəsində keçirilən oyunlarda qayda pozuntularına görə sarı və qırmız kartla cəzalandırılan oyunçulara və klublara əlavə cəzalar təyin edib. Azercell U-17 Liqası çərçivəsində keçirilən oyunlarda baş verən pozuntulara görə klublar yox, elə oyunçuların özləri cəzalandırılıb. Kapital Bank U-15 liqasında isə bir futbolçu cəzalandırılıb, oyunlara gəlməyən klublara isə texniki məğlubiyyətlər verilib.

Aprelin 17-də Unibank Premyer Liqasının XXVIII turunun “Karvan” - “Simurq” oyunun 59-cu dəqiqəsində “Karvan” klubunun 27 nömrəli futbolçusu Murad Hamrayev oyunun vaxtını uzatdığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Həmin oyunun 82-ci dəqiqəsində “Karvan” klubunun 12 nömrəli futbolçusu Ernani Pereyra da kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq meydandan kənar qalmalı olacaq. Futbolçuların hər ikisinə görə klub ayrı-ayrılıqda 200 manat cərimə ödəməli olacaq.

Unibank Premyer Liqası çərçivəsində aprelin 18-də keçirilən “Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub ümumilikdə 1000 manat cərimələçnib.

Azərbaycan I divizionununda oynayan klublardan isə “Bakılı” və “ABN Bərdə” klubları cərimələnib. Aprel 17-də baş tutan “Şahdağ” - “Bakılı” matçının 29-cu dəqiqəsində “Bakılı” klubunun 1 nömrəli futbolçusu Hüseyn Məhəmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqib komandanın baş məşqçisini təhqir etdiyi üçün futbolçu 2 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə edilib. Elə həmin gün keçirilən “ABN Bərdə” - MOİK matçında “ABN Bərdə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azercell U-17 Liqası çərçivəsind aprelin 6-da “Turan” - “Simurq” matçında “Simurq” klubu üzürlü səbəb olmadan matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “MKT Araz” - “İnter” matçının 73-cü dəqiqəsində “MKT Araz” klubunun 17 nömrəli futbolçusu Xəzər Fətullayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. “Xəzər-Lənkəran” - “Olimpik-Şüvəlan” matçının 69-cu dəqiqəsində “Olimpik-Şüvəlan” klubunun 14 nömrəli futbolçusu Vüsal Hüseynzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb. Aprelin 13-də keçirilən “Simurq” - “Standard” matçının 77-ci dəqiqəsində “Standard” klubunun 3 nömrəli futbolçusu Elnur Şiriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

Kapital Bank U-15 liqasında aprelin 8-də “İnter” - “Sülh” matçının 11-ci dəqiqəsində “Sülh” klubunun 13 nömrəli futbolçusu Həbulla Mirzəlizadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Ayın 11-də “Muğan” - “İnter” matçında “Muğan” klubu üzürlü səbəb olmadan matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Bakı” - “Simurq” matçına gəlməyən “Simurq” klubuna da üzürlü səbəb olmadan matçda iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həvəskarlar arasında Azərbaycan birinciliyinin aprelin 17-də keçirilən “Həkəri” - “Avey” matçında “Avey” klubu üzürlü səbəb olmadan matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmin gün keçirilən “Mehdiabad” - “Qafqaz” matçının 35-ci dəqiqəsində “Qafqaz” klubunun 3 nömrəli futbolçusu Ceyhun Zurabov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb. Ayın 18-də “Qaraçala” - “Neftçi” matçında “Neftçi” klubu üzürlü səbəb olmadan matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin aprelin 18-də keçdirilən “Atəşgah” - “İnteqral” matçında “Atəşgah” klubu üzürlü səbəb olmadan matçda iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib. “Veqa” - “Turan” matçının 42-ci dəqiqəsində “Veqa” klubunun 11 nömrəli futbolçusu Emil Məmmədov dəyişiklikdən düzgün istifadə etmədiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. GEA - “Neftçi”PFK matçının 38-ci dəqiqəsində “Neftçi”PFK klubunun 14 nömrəli futbolçusu Nihad İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. “Loğmed” – AMEA matçının 48-ci dəqiqəsində “Loğmed” klubunun 79 nömrəli futbolçusu Tahir Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. “Azəri Fans” – “Ulduz” matçının 42-ci dəqiqəsində “Azəri Fans” klubunun 9 nömrəli futbolçusu Vüsal Hüseynli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar