Karvan futbol klubu heyətinə 10 yeni futbolçu qatdı
03 Fevral 2010 Çərşənbə 12:00
Yevlax təmsilçisi Karvan futbol klubu bu gün baş tutacaq “Simurq”la oyunda onlara şans verəcək
Yevlaxın "Karvan" klubu qış transfer fəaliyyətini başa vurub.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Karvan” heyətinə Emin Quliyev, Zaur Ramazanov, Xaqani Məmmədov, Füzuli Məmmədov, Rauf Mehdiyev, Rövşən Əmiraslanov, Ceyhun Adışirinov, Şəhriyar Rəhimov, Tiaqo Roşa dos Santos və Murat Hamroyevi qatıb.

Yevlax təmsilçisi Unibank Premyer Liqasının XVIII turu çərçivəsində bu gün keçiriləcək "Simurq"la qarşılaşmada yeni futbolçuların xidmətindən yararlanmaq fikrindədir.

Xatırladaq ki, yeni klubunda Emin Quliyev 5, Zaur Ramazanov 10, Xaqani Məmmədov 20, Füzuli Məmmədov 6, Rauf Mehdiyev 44, Rövşən Əmiraslanov 9, Ceyhun Adışirinov 14, Şəhriyar Rəhimov 13, Tiaqo Roşa dos Santos 3, Murat Hamroyev isə 27 nömrəli formanı daşıyacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar