Karvan 3:2 Simurq
03 Fevral 2010 Çərşənbə 20:45
Unibank Premyer Liqasının XVIII turunun mərkəzi oyununu belə adlandırmaq olar
Bu gün Unibank Premyer Liqasının XVIII turu çərçivəsində növbəti qarşılaşmalar keçirilib. Turun mərkəzi qarşılaşması "Neftçi" ilə "Qarabağ" arasında olub. Gərgin mübarizə şəraitində keçən oyunda qol qeydə alınmayıb və tərəflər "sülh" bağlayıb.
Yevlaxda Zaqatalanın "Simurq" klubunu qəbul edən "Karvan" rəqibinə 3:2 hesabı ilə qalib gələrək turnir cədvəlinin son pilləsini tərk edib.
Lənkəranda isə "Xəzər Lənkəran"-"Standard" qarşılaşması baş tutub. Turnir cədvəlində fərqli mövqelərdə qərarlaşmış komandaların qarşılaşmasında qolsuz bərabərlik qeydə alınıb - 0:0.
XVIII tur çərçivəsində "İnter" doğma meydanda Salyanın "Muğan" klubunu qəbul edib. Oyunun taleyini Petar Zlatinovun vurduğu yeganə qolla həll edən paytaxt təmsilçisi Unibank Premyer Liqasında liderliyini qorumağa müvəffəq olub.
Xatırladaq ki, bu turdan sonra aktivindəki xalları 39-a çatdıran “İnter” turnir cədvəlinin 1-ci, hesabında 36 xal olan “Qarabağ” 2-ci, ağdamlılarla eyni xala malik “Xəzər-Lənkəran” klubu isə 3-cü yerdə qərarlaşıb. Paytaxtın “Bakı” və “Neftçi” komandaları isə müvafiq olaraq 4 və 5-ci yerləri öz aralarında bölüşürlər. İlk altılığı 29 xala malik “Qəbələ” klubu tamamlayır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: