Argentinalı futbolçu Karlos Tevesin karyerasını hansı klubda davam etdirəcəyi məlum olub. Son iki mövsümü İngiltərənin “Mançester Yunayted”də keçirən hücümçu, bundan sonra şəhərin digər klubu, “Mançester Siti”nin şərəfini qoruyacaq.
25 yaşlı argentinalının tibbi müayinədən keçdikdən sonra, klubla 5 illik müqavilə imzalayacaq. “Mançester Siti”nin baş məşqçisi Mark Hyuz klubun internet saytına verdiyi müsahibədə, bu keçiddən məmnun olduğunu bildirib: “Karlos dünya səviyyəli futbolçudur. Belə oyunçunu əldə etdikdən sonra bizim imkanlarımız bir neçə dəfə artacaq. ”
Karlos Tevez yeni klubda da meydana 32 nömrə altında çıxacaq. Qeyd edək ki, “Qırmızı şeytanlar”ı heyətində keçirdiyi iki ildə 99 dəfə meydana çıxan Tevez, bu oyunlarda 34 dəfə fərqlənməyi bacarıb.
Gəray Qiyasov /ANS PRESS/