Karlos "Neftçi"yə kömək edəcək
15 Aprel 2010 Cümə Axşamı 17:25
Futbolçu artıq məşqlərə başlayıb.
Unibank Premyer Liqasının XXVIII turunda "İnter"lə qarşılaşacaq "Neftçi" komandası hazırlıq prosesini intensivləşdirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda baş məşqçi Arif Əsədovun rəhbərliyi altında bu gün klubun bazasında iki dəfə məşq edəcək.
Azərbaycan milli yığma komandasının düşərgəsində olan Rail Məlikov, Ruslan Abışov və Cavid Hüseynov hələlik məşqə qatılmır. Eşqin Quliyev və Tural Nərimanov zədələrini tam sağaltmayıb.
Aprelin 3-də "Qəbələ" ilə görüşdə zədələnmiş Joze Karlos isə fərdi məşqlər edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: