Karlo Ançelotti Real klubuna keçir?
21 Fevral 2013 Cümə Axşamı 10:41
İtaliyalı baş məşqçi Karlo Ançelotti "Kral klubu"nu çalışdıra bilər
Növbəti mövsümdən Madridin “Real” klubunu Karlo Ançelotti çalışdıra bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, PSJ-nin hazırkı məşqçisinin ispan klubuna rəhbərlik edəcəyi barədə fransız mətbuatı xəbər yayıb.

İnformasiya verən mənbənin məlumatına görə, “Kral klubu”nun rəhbərliyi italiyalı mütəxəssisin agenti olmadığına görə, birbaşa onun özü ilə əlaqə saxlayıb. İspaniya nəhəngi bu məsələdə çox israrlı olduğu və bir neçə dəfə Ançelottiyə klubun baş məşqçisi postuna keçməsini təklif etdiyi bildirilir.

Xatırladaq ki, İspaniya mətbuatı “Real” klubunun prezidenti Florentino Pereslə baş məşqçi Joze Mourinyo arasında 2016-cı ilə kimi qüvvədə olan müqavilənin ləğvi barədə razılığa gəlinib. Buna görə portuqaliyalı mütəxəssisə 10 mln avro kompensasiya veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar