Karles Puyol əməliyyat olundu
02 İyun 2011 Cümə Axşamı 02:09
Karles Puyol İspaniya millisinin iki yoldaşlıq oyununda meydana çıxa bilməyəcək.
“Barselona” futbol klubunun kapitanı Karles Puyol sol dizindən əməliyyat olunub. Məlumatı “Associated Press” agentliyi yayıb.
Karles Puyol dizindəki zədə üzündən yanvarın 22-dən sonra meydana cəmi üç dəfə çıxıb. O, “Mançester Yunayted”lə Çempionlar Liqasınınf inal oyununda da iştirak edib. 33 yaşlı futbolçu əməliyyatdan sonra İspaniya millisinin ABŞ və Venesuela yığmalarına qarşı yoldaşlıq oyununda meydana çıxa bilməyəcək.
“Barselona” avqustun 14-ü və 17-də “Real”la İspaniya Superkubokunda qarşılaşmalıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: