Karate üzrə birinci dünya klub çempionatı keçirilib
10 Dekabr 2010 Cümə 23:15
Misirin "Police Club" klubunun nümayəndələri çempion adını qazanıb
İstanbulda qadınlar və kişilər arasında kumitenin komanda növlərində WKF versiyası ilə karate üzrə birinci dünya klub çempionatı keçirilib. ANS PRESS-in məlumatına görə, hər iki növdə Misirin “Police Club” klubunun nümayəndələri çempion olub.

Azərbaycan klubları dünya çempionatında iştirak etməsə də, turnirdə Nərgiz Mehdiyeva, Vüqar Kərimov, Renat Əliyev, Arif Məmmədov, İlqar Sadıqov, habelə Gündüz və Vidadi Mahmudov qardaşlarından ibarət böyük hakim heyəti ilə təmsil olunub.

Mundialda Türkiyə, Əlcəzair, Bosniya və Herseqovina, Yunanıstan, Hindistan, Misir, Liviya, Küveyt, Suriya, Serbiya, İspaniya, İrlandiya və Özbəkistandan 39 klub iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar