Kapoeyra üzrə dünya çempionatı Bakıda keçiriləcək
07 Noyabr 2012 Çərşənbə 10:37
50 ölkənin idmançıları kapoeyra üzrə dünya çempionatı mübarizə aparacaq.
2013-cü ildə kapoeyranın WCF (Dünya Kapoeyra Federasiyası) versiyası üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
Azərbaycan Kapoeyra Federasiyasından verilən məlumata görə, mayın 30-dan iyunun 1-dək Bakıdakı “Sərhədçi” İdman Olimpiya Kompleksində təşkil olunacaq mundialda 50 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.
Çempionatın Bakıda keçirilməsi barədə qərar 2011-ci ildə keçirilən Ümumdünya Kapoeyra Federasiyasının baş konfransında qəbul edilib. Cari ilin əvvəlindən etibarən Azərbaycan Kapoeyra Federasiyasının bilavasitə təşkilatçılığı altında hazırlıq işlərinə başlanılıb.
Yarışı Azərbaycan Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi dəstəkləyəcəklər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar