Kapitan emeliyyat olundu
22 İyun 2013 Şənbə 15:09
"Sumqayıt"ın kapitanı bu həftə Bakıya qayıdacaq.
"Sumqayıt"ın kapitanı Samir Abasov ölkə xaricində diz nahiyyəsindən əməliyyat olunub. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, 34 yaşlı futbolçunun əməliyyatı uğurla tamamlanıb.

Hazırda özünü yaxşı hiss edən Samir bu həftə Bakıya qayıdacaq. Bərpa prosesi keçirəcək adıçəkilən futbolçu ardınca komandanın təlim-məşq toplanışına qoşulacaq.

Samir Abasov əməliyyatın yaxşı keçdiyini bildirib: "Əməliyyat uğurla keçdi. Hazırda xəstəxanadayam. Həftənin bazar ertəsi günü son müayinə olacaq. Çərşənbə günü isə inşallah Bakıya qayıdacağam. Son müayinədən sonra məşqə başlayacağım tarix məlum olacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar