Kapellonun taleyinə aydınlıq gəldi
30 İyun 2010 Çərşənbə 10:15
Kapello İngiltərə yığmasının baş məşqçisi olaraq qalacaq.
İngiltərə yığma komandasının baş məşqçisi Fabio Kapello istefa verməyəcək. İngiltərə Futbol Assosiasiyası (İFA) yığma komandanın Dünya Çempionatı-2010-da uğursuz çıxışının günahının baş məşqçidə deyil futbolçularda olduğunu bəyan edib.

“Bu məsələ artıq öz həllini tapıb. Fabio öz postunda qalacaq. İngiltərə yığmasına yeni məşqçi axtarışı haqda söhbət belə gedə bilməz”,-deyə İFA-nın rəhbəri Deyv Riçards bildirib.

Xatırladaq ki, İngiltərə yığması Fabio Kaellonun rəhbərliyi altında Dünya Çempionatı 2010-da yalnız 1/8 finaladək irəliləyə bilmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar