Kapello Rusiya yığması ilə yollarını ayırır
05 Oktyabr 2013 Şənbə 20:06
Rusiya yığmasının baş məşqçisi Futbol İttifaqı ilə müqavilə imzalamayıb.
Rusiya milli yığmasının məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqı (RFİ) ilə müqaviləni uzatmayıb. ANS PRESS-in Rusiya mətbuatına istindən verdiyi xəbrə görə, bu barədə RFİ-nın birinci vitse-prezidenti Nikita Simonyan bildirib.

Kapello əvvəl İtaliya mətbuatına bildirmişdi ki, 2018-ci ilə qədər Rusiya komandası ilə işləyəcək. Kapello 2012-ci ilin iyulundan Rusiya yığmasına məşqçilik edir. 67 yaşlı mütəxəssislə müqavilə 2 il müddətinə hesablanmışdı.

“ Əgər mənim fikrimi bilmək istəyirsinizsə, mən istəyərdim ki, o (Kapello) 2018-ci il Dünya Çempionatına qədər bizimlə işləsin. Amma hazırda Kopella müqavilə imzalanmayıb. Onu RFİ-nın prezidenti Nikolay Tolşstıx imzalamalıdır. Çünki o RFİ-nın prezidentidir”- deyə Simonyan telefonda bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar