Kapello istefa verəcək?
20 İyun 2010 Bazar 18:20
Kapello: "Komandam ilk iki pillədən birini tuta bilməsə, istefa verəcəm".
İngiltərə millisinin baş məşqçisi Fabio Kapello bildirib ki, komandası DÇ-2010-un qrup mərhələsində ilk iki pillədən birini tuta bilməsə, istefa verəcək. Bu iddia ilə "News Of The World" qəzeti çıxış edib.

Qəzetin iddiasına görə, qrupdakı ilk iki matçıda heç-heçə oynayan və 3-cü sırada qərarlaşan İngiltərənin Slovakiya ilə oynayacağı qrupdakı son matç Kapellonun taleyini aydınlaşdıracaq.

Qeyd edək ki, İngiltərə Futbol Federasiyası bu ayın əvvəlində Kapello ilə 2012-ci ilə qədər müqavilə imzalamışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar