Kanoeçilərimiz Avropada ikinci oldular
03 İyul 2010 Şənbə 11:10
Kanoeçilərimiz İspaniyada yarışaraq əsas finala vəsiqə qazanıblar.
Bu gün İspaniyanın Trasona şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatı start götürüb. Yarışda Azərbaycanı 2 nəfərlik kanoe qayığında yer alan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, artıq onlar 1000 metr məsafəyə seçmə yürüşdə mübarizə aparıblar. Bezuqlıy – Prokopenko cütlüyü bu məsafəni 3 dəqiqə 39 saniyə 493 mikrosaniyəyə qət edərək, öz qrupunda 6 iştirakçı arasında 2-ci olub. Nəticədə kanoeçi duetimiz birbaşa əsas finala vəsiqə qazanıb.

İyulun 4-dək davam edəcək Avropa çempionatında Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr və 200 metr məsafələrə yürüşlərə də qatılacaq.
Xatırladaq ki, ilk 3 pillənin sahibləri birbaşa əsas finala, sonrakı yerləri tutanlar isə yarımfinala çıxıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar