Kanoeçi duetimiz Olimpiadada birbaşa finala vəsiqə qazanıb 
    07 Avqust 2012 Çərşənbə Axşamı 14:17
    Sergey Bezuqlıy - Maksim Prokopenko dueti mübarizəyə qoşulub.
    
                	 
    
         Bu gün XXX London Yay Olimpiya Oyunlarında kanoe sprint yarışlarında Azərbaycanı təmsil edən Sergey Bezuqlıy - Maksim Prokopenko dueti mübarizəyə qoşulub.
ANS PRESS-in məlumatına görə, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə duetimiz 2-ci qrupda mübarizə aparıb.
Sergey Bezuqlıy - Maksim Prokopenko dueti finiş xəttinə birinci çatıb və birbaşa finala vəsiqə qazanıb.
DOSTLARINLA PAYLAŞ: