Kamran Ağayev müqaviləsinin müddətini uzadıb
21 May 2010 Cümə 23:35
Qolkiper Kamran Ağayev daha iki il "ağ-yaşıl" formanı geyinəcək.
Bu gün "Xəzər Lənkəran" komandasının qapıçısı Kamran Ağayev klubla müqaviləsinin müddətini iki il uzadıb.

Azərbaycanın ən güclü qolkiperi olan 23 yaşlı Kamranın "Xəzər Lənkəran" müqaviləsi cari mövsümün sonunda başa çatacaqdı.

Qeyd edək ki, bir müddət öncə milli komandamızın əsas qapıçısı Kamran Ağayevin "Xəzər Lənkəran"dan ayrılacağı və "Neftçi"nin Kamranı transfer etməkdə israrlı olduğu bildirilirdi.

Xatırladaq ki, Kamran Ağayev 2006-cı ildən “ağ-yaşıl” formanı geyinir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar