Kamran Ağayev: “Əmrə kimdir ki, gəlib mənim torpağımda təpik-yumruq atsın”
21 Oktyabr 2010 Cümə Axşamı 11:35
Kamran Ağayev: “Onu vursaydım, yerdən qalxa bilməzdi”.
Milli komandamızın və "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayevin Milli.Az-a müsahibəsi.

- ”Xəzər Lənkəran” “Gəncə”yə uduzdu. Cəzalı olduğuna görə bu oyunda meydana çıxa bilmədin. Oyuna kənardan baxmaq sənə necə təsir etdi?
- Kənardan baxmaq ağır gəlir. Çünki o anda komandama kömək etməyi çox istəyərdim. Həmişə oynadığım komanda üçün əlimdən gələni etmək istəmişəm. Amma bu oyunda belə bir imkanım yox idi. Komanda da Gəncədə zəif çıxış etdi. Bunu təkcə mənim oynamamağımla əlaqələndirmək olmaz. Əvəzedilməz futbolçu yoxdu. Hamını əvəz edəcək, yerini dolduracaq biri var. “Xəzər Lənkəran”da məni əvəzləyən qapıçı oyun praktikası sarıdan əziyyət çəksə də, çox yaxşı futbolçudur. Yəni burda qapıçının günahı yoxdu. O oyunla uduzmalı idik. Çünki komanda çox zəif oynadı. Bu bizim üçün faciədi. Söhbət “Gəncə”yə uduzmaqdan getmir. “Gəncə” öz sözünü demiş, böyük ənənələri olan komandadır. Amma “Xəzər Lənkəran” çempionluğa iddialı komandaya yaraşan oyun sərgiləmədi. Bu komanda çempionluq uğrunda mübarizə aparırsa, belə oynamamalıdı. Hər şeyə rəğmən özümə hirslənirəm ki, meydanda olsaydım, bəlkə də nəsə edərdim. Çünki komandamın həmişə lider olmasını istəyirəm. “Xəzər Lənkəran” harda oyamasından aslı olmayaraq, komandalar ona qarşı başqa əhval-ruhiyyədə hazırlaşır.

- Bu “Xəzər Lənkəran”ın mövsüm ərzində ilk məğlubiyyəti idi. Həm də böyük hesabla uduzduz. Səncə, meydanda olsaydın, fərq daha az olardı?
- O oyunla o nəticə də olmalı idi. Başqa cür ola bilməzdi. Amma toparlanmaq lazımdır. Hər oyunu udmaq olmaz ki? Belə olsa, ikinci dövrəyə ehtiyac qalmaz, komanda birinci yarıda çempion olar. Futbolda udmaq da, uduzmaq da olar. Sadəcə, rəqibi qiymətləndirmək lazımdır. Həmin gün “Xəzər Lənkəran”ın qapısını qoruyan qapıçı da güclü oyunçudur, uzun illər milli komandada oynayıb. Təəssüf ki, belə alındı.

- “Bakı” ilə oyunda Vyaçeslav Sofronini vurduğuna görə cəzalandın. Bu hərəkətinə görə peşman olmusan?
- Təbii ki, normal şəraitdə qırmızı vərəqə almamışdım. Hisslərimi cilovlaya bilməmişdim. Düzünü desəm, həmin anda Sofronini vurmaq niyyətim yox idi. Sadəcə itələmək istədim. Kadrda isə elə görünür ki, onu vurmuşam. Ən azından o mənim həmkarımdı, onunla çox yaxşı münasibətim var. Təbii ki, peşiman oldum. Ona görə ki, hamı deyir onu vurmuşam. Amma mən rəqibimi vurmaq istəmirdim. Neçə ildi futbol oynayıram, heç kimə qarşı belə hərəkət etməmişəm. Düzdü, aqressivəm, tez hirslənirəm. Amma bu qədər də yox.

- Həmin oyundan sonra Sofroni ilə görşmüsən?
- Həmin epizoddan bir neçə dəqiqə sonra görüşüb-qucaqlaşdıq. Aramızda heç bir narazılıq qalmadı. Bununla da ürəyim soyumadı. Nömrəsini bilmirdim. Mahmud Qurbanova zən gedib, onun vasitəsiylə Sofroni ilə danışdım və üzürxahlıq etdim. Sonra bazalarına da getmişdim. Amma orda görə bilmədim. MOİK-lə oyunlarında stadionda gördüm, orada da görüşdük və bir daha üzr istədim. Nə olsun ki, bura mənim vətənimdir, azərbaycanlı futbolçuyam. Bu gün 5, 10 da olmasa, ölkənin 20 yaxşı futbolçusundan biri olsam belə, mənə kimisə vurmaq ixtiyarı verilməyib. Yenə deyirəm, onu vurmaq niyyətim olmayıb. Vursaydım, yerdən qalxa bilməzdi.

- Yanvardan sonra üçün planlarında nə var?
- Hər şey hələ ki, “Xəzər Lənkəran”la bağlıdır. Bütün diqqətimi klubun uğurlarına yönəltmişəm, çempion olmaq istəyirəm. Gələcək karyeram da Mübariz Mənsimovun əlindədir. Hara göndərsə, ora da gedəcəm.

- “Xəzər Lənkəran”la müqavilən nə vaxt bitir?
- Mənim üçün müqavilə əsas deyil. İnanıram ki, gedirəm desəm, heç kim mənə problem yaratmayacaq. İnanmıram ki, Mübariz müəllim mənim, həmçinin hansısa futbolçunun yolunu kəssin. Mübariz müəllimə yox, Mais müəllimə (Mais Mənsimov) desəm ki, xaricə getmək istəyirəm, təmannasız buraxacaq.

- Mətbuatda “Beşiktaş” və “Köln” klublarından təklif almağın barədə məlumatlar yayılıb. Belə bir təklif almısan?
- Mən belə şeylərə qarışmıram. Bunlarla menecerim məşğul olur. İndi ancaq çempionluq haqqında düşünürəm.

- Səncə, “Xəzər Lənkəran”ın çempionluq şansları nə qədərdi?
- “Xəzər Lənkəran” həmişə çempionluğa oynayır. Kim layiqdir, o da çempion olsun.

- Türkiyə ilə oyundan sonra yenə mətbuatın diqqət mərkəzində oldun. Buna səbəb Əmrə Bələzoğlunu döymək istəməyinlə bağlı açıqlaman idi. Əmrəni həqiqətən vurmaq istəyirdin?
- Əmrə kimdi ki, gəlib mənim torpağımda təpik-yumruq atsın, mən də dayanıb baxım. O, aqressivdi, mən də aqressiv olacam. Vuracaq, mən də vuracam. Mən meydanda qardaş tanımıram, heç kimə heç nəyi keçmirəm. Neynəməliyəm? Deməliyəm ki, gəl məni döy-söy, get? Bu mənim xarakterim deyil. Şəxsi həyatda necəyəmsə, futbolda da eləyəm. Semih özünü insan kimi aparırdı, onunla öpüşüb-görüşdüm. Volkan da həmçinin… Nihata ümumiyyətlə yaxın durmadım. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar