Kamran Ağayev Almaniya klubuna keçir
21 Aprel 2011 Cümə Axşamı 15:24
Qapıçımız Kamran Ağayev ilə “Ayntraxt” klubu maraqlanır.
Kamran Ağayev karyerasını Almaniya çempionatında davam etdirə bilər. ANS PRESS-in "Frankfurter Neue Presse" qəzetinə istinadən verdiyi məlumata görə, millimizin üzvü Bundesliqa təmsilçilərindən olan “Ayntraxt”ın maraq dairəsinıə düşüb.

Məqalədə Azərbaycan milisinin qapıçılarla işləyən məşqçisi Uli Ştayn də xəbəri təsdiq edərək Kamranın Ağayevin "Ayntraxt"a keçməyə yaxın olduğunu deyib. Məşqçi qapıçımızın Bundesliqanın ən yaxşı qapıçılarından ola biləcəyini istisna etməyib.

Xatırladaq ki, “Xəzər Lənkəran” klubunun futbolçusu 2008-ci ildə ölkəmizdə ən yaxşı ünvanına sahib çıxmışdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar