Kamran Ağayev ağır cəza aldı
05 Oktyabr 2010 Çərşənbə Axşamı 14:35
Futbolçu Kamran Ağayev 4 oyunluq diskvalifikasiya edilib.
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, dinləmələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Hakimlər Komitəsi 1 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının VIII turunun "İnter" - "Muğan" matçının baş hakiminin idarəçiliyi haqqında lazımi ölçü götürsün.
2 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının VIII turunun MOİK - "Gəncə" matçının 83-cü dəqiqəsində "Gəncə" klubunun 14 nömrəli futbolçusu Rafael Əmirbəyov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub isə 200 manat cərimə olunub.
2 oktyabr 2010-cu il, 2010/2011 mövsümündə, XIX Unibank Premyer Liqasının VIII turunun "Xəzər Lənkəran" - "Bakı" matçının 74-cü dəqiqəsində "Bakı" klubunun 85 nömrəli futbolçusu Silvinyo Joao De Karvalyo kobud oyuna görə (rəqibə əl ilə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.
Matçın hakimi oyunun 85-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 1 nömrəli futbolçusu Kamran Ağayevin rəqibə əl ilə zərbə endirdiyini görmədiyi üçün oyunun video yazısı və hakim-inspektorun raportuna əsaslanaraq futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: