Kamran A. milli komandadan kənarda
24 Mart 2009 Çərşənbə Axşamı 13:15
Qapıçı zədəli olduğu üçün DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Rusiya - Azərbaycan oyununda millimizin şərəfini qoruya bilməyəcək

Azərbaycan A Milli komandasının qapıçısı Kamran Ağayev Rusiya millisi ilə keçiriləcək qarşılaşmada milli komandamıza kömək edə bilməyəcək. AFFA-dan verilən məlumata görə, Kamran Ağayev zədəli olduğu üçün Dünya Çempionatı-2010-nun seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Rusiya - Azərbaycan oyununda millimizin şərəfini qoruya bilməyəcək. Kamran Ağayev milli komandaya kömək edə bilməsə də, milli komandanın düşərgəsində 3 qapıçı yer alır. Fərhad Vəliyev və Rauf Mehdiyevlə yanaşı, Azərbaycan U-19 milli komandasının qapıçısı Səlahət Ağayev də milli komandaya dəvət olunub. Azərbaycan A Milli komandasının heyətində aşağıdakı futbolçular yer alır.

Qapıçılar:
Fərhad Vəliyev, Rauf Mehdiyev, Səlahət Ağayev
Müdafiəçilər: Mahir Şükürov, Saşa Yunisoğlu, Sergey Sokolov, Rəşad Sadıqov, Ernani Pereyra, Rail Məlikov, Aqil Nəbiyev,
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Samir Abbasov, Elvin Məmmədov, Cavid Hüseynov, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Elmar Baxşıyev
Hücumçular: Leandro Qomeş, Vaqif Cavadov, Branimir Subaşiç, Vüqar Nadirov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar