Kamerun yenə qisas ala bilmədi
14 İyun 2010 Bazar Ertəsi 21:40
Yaponiya ilə qarşılaşma növbəti dəfə asiyalıların xeyrinə başa çatdı.
Kamerun yığması növbəti dəfə Yaponiyaya yığmasının öhdəsindən gələ bilməyib. Bü gün Cənubi Afrika Respublikasında futbol üzrə 19-cu dünya çempionatında “E” qrupunda üz-üzə gələn iki komandanın görüşü Yaponiyanın qələbəsi ilə başa çatıb.
Matçın 39-cu dəqiqəsində Yaponiya millisinin 18 nömrəli futbolçusu Keycuke Hondanın vurduğu top matçda yeganə qol olub.
Qeyd edək ki, daha öncə üç dəfə qarşılaşan Kamerun və Yaponiya yığmaları ilk dəfə idi ki DÇ oyunlarında üz-üzə gəlirdi. Öncəki matçlar iki dəfə Yaponiya yığmasının xeyrinə, bir dəfə isə heç-heçə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: