Kamaz yenə Dakar – 2010 birincisi oldu
16 Yanvar 2010 Şənbə 23:50
“Dakar – 2010" avtorallisinin 13-cü dövrəsinin qalibi ruslar oldu
"Dakar-2010" avtorallisinin 13-cü dövrəsinin qalibi müəyyən olunub. Yük maşınları yarışında altıqat çempion olan rusiyalı pilot Vladimir Çaqin bu dövrənin qalibi adına sahib çıxıb. Dövrənin ikinci pilləsinə də onun komanda yoldaşı Firdaus Kabirov yüksəlib. Ümumilikdə “KAMAZ-master” komandasının üzvləri ilk beşlikdə üç yer tutmağa müvəffəq olub.
"Ginaf" yük maşını ilə yarışan hollandiyalı Van Vlit üçüncü, "Liaz" maşını ilə gücünü sınayan çexiyalı pilot Matsik isə dördüncü pillədə qərarlaşıb.
Argentinanın San Rafael və Santa Roza şəhərləri arasındakı 725 kilometrlik səhrada keçirilən 13-cü mərhələdə yük maşınlarının orta sürəti saatda 50 kilometr olub. "Dakar" rallisinin səkkizqat çempionu olan “KAMAZ-master” komandası demək olar ki "Dakar-2010" rallisinin də qalibi olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: