Kaka yenidən parlayacaq
04 İyun 2010 Cümə 20:30
Kaka yenidən parlayacaq. Futbolçunun zədəsi tam sağalıb.
“Real Madrid”dəki ilk mövsümdən bəri zədələri səbəbindən ona bəslənən ümidləri tam doğrultmayan Kakanın Dünya çempionatında necə çıxış edəcəyi də əsas müzakirə mövzularından biridir.

Braziliyalı ulduz isə Cənubi Afrika Respublikasında başlayan çempionata tam hazır olduğunu bildirib. “Hər gün daha da yaxşılaşıram, hər şey planlaşdırıldığı kimi gedir”,-deyə futbolçu bildirib.

Qasıq və sol baldırındakı problemləri səbəbindən Kaka ötən mövsümdə iki ay futboldan uzaqlaşmalı olmuşdu.

Mayın 27-dən etibarən isə futbolçu Cənubi Afrikada olan Braziliya millisinin heyətində məşqlərə çıxır. Ən son isə futbolçu Zimbaviya yığması ilə keçirilən yoldaşlıq görüşündə 45 dəqiqə heç bir problem olmadan oyunu davam etdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar