Kaka Real klubunu pis vəziyyətə qoydu
07 Dekabr 2009 Bazar Ertəsi 22:55
Futbolçu Kaka bir ay müddətində meydana çıxa bilməyəcək
“Barselona” ilə keçirilən görüşdə “Real”ın yarımmüdafiəçisi Kakanın qasıq nahiyəsindən aldığı zədə gözləniləndən daha ciddi olub. Həkimlərin bildirdiyinə görə, braziliyalı futbolçu ən azı bir ay müddətinə sıradan çıxıb.

Belə olan halda, o, “Real”ın dekabr ayında keçirəcəyi oyunların heç birində iştirak etməyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar