Kaka Qalatasaray klubuna keçir
11 Dekabr 2012 Çərşənbə Axşamı 17:57
Futbolçu Kaka artıq yanvarda Türkiyə klubuna keçə bilər.
Madrid “Real”ının yarımmüdafiəçisi və Braziliya yığmasının oyunçusu Kaka “Qalatasaray”a gəlir. ANS PRESS-in məlumatına görə, braziliyalı futbolçu artıq Türkiyə klubuna keçməyə razılıq verib və keçid yanvar ayında baş tutacaq.

Ancaq “sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim hələ ki, bu məlumatı təkzib edib. Baxmayaraq ki, “Qalatasaray”ın prezidenti Ünal Aysal bu müqavilənin bağlanmayacağını istisna etmir. O deyir ki, əgər bu oyunçu klubun məşqçisinə lazım deyilsə o, bu klubda olmayacaq.

“Əgər Terimə Kaka lazımdırsa, biz “Real”la danışıqlara başlaya bilərik və onun bu kluba keçməsi üçün əlimizdən gələnləri edəcəyik”, deyə Ü. Aysal bildirib. Qeyd edək ki, Kakanın "Kral klubu" ilə müqaviləsi 2015-ci ilə qədər etibarlıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar